2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonunda tədbir keçirilib
2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin, Sabirabad rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri, rayon ictimaiyyətində təmsil olunan gənclər iştirak etmişlər.İlk öncə Sabirabad rayon Gənclər və İdman İdarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx iştirakçılara nümayiş olunmuşdur. 
Daha sonra tədbirdə çıxış edən Siraqəddin Cabbarov Gənclər Günü münasibətilə gəncləri təbrik etmiş, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən danışmışdır. Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad rayon nümayəndəliyinin direktoru Rəşad Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov da çıxış edərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamış, ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söhbət açmışlar.
Tədbirin bədii hissəsində Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş  olunmuşdur. Konsert proqramında İdarənin xidməti əhatəsindəki mədəniyyət müəssiəslərinin əməkdaşlarının ifasında müxtəlif musiqi nümunələri səsləndirilmişdir. Həmçinin, Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor kollektivi də maraqlı rəqslə çıxış etmişlər. Sonda xatirə şəkli çəkdirilmişdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo