ATİAHİ Sabirabad rayon komitəsi 31 mart Azərbaycanlıların soyqırımı abidəsini ziyarət edib

ATİAHİ Sabirabad rayon komitəsi 31 mart Azərbaycanlıların soyqırımı abidəsini ziyarət edib

Martın 31-də ATİAHİ Sabirabad rayon komitəsinin üzvləri tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar şəhidlərimizin şərəfinə ucaldılmış abidə kompleksi ziyarət olunub.Abidə önünə gül dəstələri düzən ittifaq üzvləri şəhidlərimizin ruhuna ehtiram göstərib, əziz xatirələrini yad ediblər.419045313_7433198096737076_1602823235503784349_n.jpg 145.12 KB419039159_7433198253403727_5839134529518847470_n.jpg 104.06 KB420770288_7433198283403724_2413949496021624344_n.jpg 132.71 KB420271476_7433198090070410_7087582853932025308_n.jpg 94.85 KB

30.04.2024

Sabirabad rayonunda N saylı hərbi hissədə bayram şənliyi təşkil olunub

Sabirabad rayonunda N saylı hərbi hissədə bayram şənliyi təşkil olunub

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil idarəsinin və Mil-Muğan Regional  Mədəniyyət İdarəsinin birgə fəaliyyət planına əsasən novruz bayramı münasibətilə  Nsaylı hərbi hissədə bayram şənliyi təşkil olunub.  Gənc əsgərlər qarşısında Sabirabad rayon İcra Hakimiyyəti Başçısnın birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət idarəsinin rəis müavini Telman Əzimov çıxış edərək şəxsi heyyəti təbrik ediblər. Bayram tədbirində şəhidlərimizin əziz xatirəsidə yad olunub.Daha sonra bayram tonqalını Sabirabad Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Həsən Həsənov və şəhid atası Pərviz Məmmədov alışdırıb. Tonqal ətrafında əsgərlər və qonaqlar yallı gediblər.Mil-Muğan Regional Təhsil idarəsinin bayram xonçaları əsgərlərə təqdim olunub. Mil-Muğan Regional Mədəniyyət idarəsinin hazırladığı bayram konserti kosa və keçəlin maraqlı çıxışları ilə yekunlaşıb.432066327_812226997608688_9105993317287708626_n.jpg 691.83 KB432079780_812226300942091_6401695772248922635_n.jpg 908.23 KB432099469_812226504275404_8371751849144311701_n.jpg 1.03 MB431440355_812226077608780_2474521558316671341_n.jpg 1.04 MB432085105_812225387608849_4584442191216722719_n.jpg 778.32 KB432085625_812226094275445_8592428702424089472_n.jpg 1.04 MB430282803_812225444275510_5098258605404208948_n.jpg 891.22 KB432162830_812225494275505_7218476327117498722_n.jpg 1.07 MB430326865_812225354275519_234773764978813152_n.jpg 771.6 KB

18.03.2024

Sabirabad Gənclər Evində

Sabirabad Gənclər Evində "Novruz bayramı" şənliyi təşkil edilib

Sabirabad Gənclər Evində "Novruz bayramı" şənliyi təşkil edilibMil-Muğan Regional Gənclər və İdman, Təhsil və Mədəniyyət idarələrinin, Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən stendlərdə "Xonça" müsabiqəsi, müxtəlif idman növlərini təmsil edən klubların isə təqdimatları baş tutub. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısnın birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov çıxış edərək iştirakçılara Novruz bayramı münasibətilə təbriklərini çatıdırıblar. Tədbirdə Mədəniyyət Mərkəzinin musiqiçiləri bayram əhvali-ruhiyyəli ifaları ilə çıxış ediblər. Eyni zamanda gənc gimnastlar, cüdoçular, güləşçilər, kəndir dartma və “Zərbə” karate do klubunun idmançıları öz maraqlı nömrələri ilə tədbirə xüsusi rəng qatıblar. Tədbir maraqlı müsiqi nömrələri, kosa və keçəlin məzəli zarafatları ilə yekunlaşıb. 433870063_812889967542391_7062808073424027791_n.jpg 570.46 KB433869863_812889794209075_5591487247859585364_n.jpg 515.32 KB433864573_812889710875750_2164171361780602636_n.jpg 579.44 KB431495721_812889607542427_5824832480733049871_n.jpg 573.86 KB431479511_812889457542442_4743196250216915726_n.jpg 586.01 KB433865636_812889314209123_539139476460364701_n.jpg 547.97 KB431590828_812889174209137_6110717695324403579_n.jpg 531.91 KB

18.03.2024

AHİK tərəfindən Sabirabad rayonunda yaşayan 50 şəhid ailəsi üçün ərzaq yardımı göndərilmişdir

AHİK tərəfindən Sabirabad rayonunda yaşayan 50 şəhid ailəsi üçün ərzaq yardımı göndərilmişdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Sabirabad rayonunda yaşayan 50 şəhid ailəsi üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara çatdırılmışdır.f4b1724a-f7b8-430b-b922-d0421f8e8cde.jfif 149.26 KB

14.03.2024

ATİAHİ Sabirabad rayon komitəsinin hesabat seçki yığıncağı keçirilib

ATİAHİ Sabirabad rayon komitəsinin hesabat seçki yığıncağı keçirilib

07 mart 2024-cü il tarixdə ATİAHİ Sabirabad rayon komitəsinin hesabat seçki yığıncağı keçirilib. ATİAHİ Respublika Komitəsinin məsul işçisi Səbuhu İmanov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad sektorunun müdiri Pəhlivan Qarayev, sektor müdirləri və məktəb direktorları da iştirak etdiyi iclasda rayon komitəsinin və təftiş komissiyasının hesabatları dinlənilərək müzakirə edilib. Həmçinin rayon komitəsinin seçkili orqanları yenidən formalaşdırılıb. Rabil Şahbazov və Pəhlivan Qarayev çıxış edərək Seyidhüseyn Hüseynovun yenidən sədr seçilməsini qənaətbəxş hesab etdilər. Konfrans nümayəndələri rayon komitəsinin sədri Seyidhüseyn Hüseynova yenidən etimad göstərərək növbəti müddətə ATİAHİ Sabirabad rayon komitəsinin sədri seçilib. İclasda çıxış edən Səbuhi İmanov yeni seçilən heyəti ATİAHİ Respublika Komitəsinin adından təbrik edib və tövsiyələrini çatdırıb.WhatsApp Image 2024-03-27 at 11.36.40.jpeg 126.52 KBWhatsApp Image 2024-03-27 at 11.36.39 (1).jpeg 127.91 KBWhatsApp Image 2024-03-27 at 11.36.39.jpeg 128.38 KBWhatsApp Image 2024-03-27 at 11.36.38 (3).jpeg 189.8 KBWhatsApp Image 2024-03-27 at 11.36.38 (1).jpeg 121.23 KBWhatsApp Image 2024-03-27 at 11.36.38.jpeg 122.9 KB

07.03.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

II Qarabağ müharibəsinin şəhidi Elgiz Abbaslının xatirəsinə həsr olunmuş  kiçik yeniyetmələr arasaında güləş yarışı keçirilib

II Qarabağ müharibəsinin şəhidi Elgiz Abbaslının xatirəsinə həsr olunmuş kiçik yeniyetmələr arasaında güləş yarışı keçirilib

24 dekabr 2023-cü il tarixində Sabirabad rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin dəstəyi ilə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarımızdan biri olan şəhid Abbaslı Elgiz Fuad oğlunun xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə kiçik yeniyetmələr arasında Sabirabad rayon birinciliyi turniri keçirilib.Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov, Sabirabad rayon ağsaqqallar şurasının üzvü Mirnizami Ağayev, , N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin direktoru Elsevər Kərimov, şəhidin atası Fuad Abbasov, digər şəhidlərimizin valideynləri və qazilər, o cümlədən də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Maraqlı mübarizə şəraitində keçirilmiş yarışın sonunda qaliblər diplom və medallarla təltif olunmuşlar.WhatsApp Image 2023-12-25 at 11.26.48 AM.jpeg 130.15 KBWhatsApp Image 2023-12-25 at 11.27.28 AM (1).jpeg 186.95 KBWhatsApp Image 2023-12-25 at 11.27.28 AM (2).jpeg 144.64 KBWhatsApp Image 2023-12-25 at 11.27.28 AM.jpeg 184.12 KBWhatsApp Image 2023-12-25 at 11.27.29 AM (1).jpeg 192.46 KB

25.12.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

8 noyabr Zəfər günü Sabirabadda qeyd olunub

8 noyabr Zəfər günü Sabirabadda qeyd olunub

Mil-Muğan Regional Təhsil idarəsinin və ATİAHİ Sabirabad rayon komitəsinin təşkilatçılığı ilə Sabirabad şəhəri, M.Ə.Sabir adın 1№li tam orta məktəbdə 08 noyabr Zəfər günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Mil-Muğan Regional Təhsil idarəsinin müdir müavini Rabil Şahbazov, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Mil-Muğan Regional Təhsil idarəsi Sabiradad sektorunun müdiri Pəhlivan Qarayev, qazi və müharibə iştirakçıları işrirak etmişlər. Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə söhbət açılıb. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə Danışılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb. Sonda qazı və müharibə iştirakçıları ilə bərabər xatirə şəkli çəkilib.793b7696-1a69-4dc1-82cf-458ad324be2f.jpg 155.55 KB

06.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

Sabirabad rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir

Sabirabad rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir

Sabirabad rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdirSabirabad rayonunda 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Sabirabad rayon Təhsil sektorunun müdiri Pəhlivan Qarayev,  rayon İcra Hakimiyyətinin məsul işçiləri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır. İcra başçısı təhsil sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun gördüyü işlərdən də söz açıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində respublikanın hər yerində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə bağlı görülən işlərdən danışıb.Daha sonra çıxış edən natiqlər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verib və tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.Tələbə adını qazanan məzunlar ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Tədbirdə 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr  ATİAHİ Sabirabad rayon komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunaraq onlara qiymətli hədiyyələr və pul mükafatı təqdim edilib.Sonda xatirə şəkli çəkilib.374558837_708315938002185_5953524926959130136_n.jpg 839.75 KB374573194_708316294668816_5806617909360242144_n.jpg 792.92 KB374575328_708315961335516_82781937926887102_n.jpg 948.59 KB374575696_708316151335497_4305703567993376467_n.jpg 875.65 KB376256368_708315928002186_2296938405521554662_n.jpg 790.47 KB

08.09.2023

Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Sentyabrın 6-da Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.Konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının əməkdaşları, ATİAHİ Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə həmkarlar komitəsi sədrləri, eləcə də həmin rayonlarda çalışan təhsil işçiləri iştirak ediblər. Konfransda “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər, təhsil sahəsində aparılan islahatlar, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələr, müxtəlif müsabiqələr və fənn olimpiadalarında qazanılmış uğurlar, buraxılış imtahanları və ali məktəblərə qəbul nəticələri, müəllimlərin sertifikatlaşdırılması, işə qəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, təhsil müəssisələrində aparılan təmir-tikinti işləri və  digər məsələlərlə bağlı konfrans iştirakçılarına geniş məlumat verilib.Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli 2022–2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən etdiyini, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin bütün səviyyələri üzrə gələcək inkişaf üçün nəzərdə tutulan hədəf və məqsədlərin də yer aldığını bildirib. Çıxışının sonunda IV siniflərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı aparılmış monitorinqlərdən danışan Həsən Həsənli konfrans iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb.Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək təhsil işçilərinə uğurlar arzu edib.Hesabatla çıxış edən Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə şagird nailiyyətləri, ali məktəblərə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarəolunması üzrə statistik  məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, həmçinin təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlərə toxunub.Konfrans bədii hissə ilə yekunlaşdırılıb.Sonda xatirə şəkli çəkdirilib.DSC_2072.JPG 2.93 MBDSC_2087.JPG 2.99 MBDSC_2107.JPG 2.82 MBDSC_2116.JPG 2.88 MBDSC_2124.JPG 2.89 MBDSC_2130.JPG 2.85 MBDSC_2142.JPG 2.87 MBDSC_2161.JPG 2.87 MBDSC_2178.JPG 2.93 MBDSC_2185.JPG 2.85 MBDSC_2148.JPG 2.95 MB

06.09.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo