2 Fevral - Gənclər Günü münasibətilə görüş keçirilib.
Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonunun ümumi təhsil müəssisələrinin bir qrup gənc müəllimləri və RTİ-də çalışan gənclərlə görüş keçirilib. Görüşdə RTİ-nin müdiri Rəşad Musayev, İdarənin müvafiq struktur rəhbərləri, əməkdaşları və rayon təhsil sektorlarının müdirləri  iştirak ediblər. RTİ-nin müdiri Rəşad Musayev çıxışında 2 Fevral - Gənclər Gününün tarixindən danışıb. O, bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Günü ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. R. Musayev Gənclər Gününün nəinki MDB dövlətlərində, həttda Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu bildirib. Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, son illərdə müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun daha da yüksəldilməsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Hər il məktəblərdə çalşmaq üçün gələn gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan maraqlarından xəbər verdiyini vurğulayıb. Sonda o, gənc müəllimləri təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşə, xalqımızın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən gənclərin yetişdirilməsində səylə çalışmalarını tövsiyə edib. Daha sonra çıxış edənlər Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışıblar. Və gənc müəllimlərin özünü inkişaf etdirməsində belə görüşlərin çox böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Görüşdə iştirak edən gənc müəllimlər də öz növbələrində onlara göstərilən diqqətə görə öz təşəkkürlərini bildiriblər. Gələcək fəaliyyətlərində hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə və suallara aydınlıq gətirilib.


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo