8 noyabr Zəfər günü Sabirabadda qeyd olunub
Mil-Muğan Regional Təhsil idarəsinin və ATİAHİ Sabirabad rayon komitəsinin təşkilatçılığı ilə Sabirabad şəhəri, M.Ə.Sabir adın 1№li tam orta məktəbdə 08 noyabr Zəfər günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Mil-Muğan Regional Təhsil idarəsinin müdir müavini Rabil Şahbazov, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Mil-Muğan Regional Təhsil idarəsi Sabiradad sektorunun müdiri Pəhlivan Qarayev, qazi və müharibə iştirakçıları işrirak etmişlər. Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə söhbət açılıb. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə Danışılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb. Sonda qazı və müharibə iştirakçıları ilə bərabər xatirə şəkli çəkilib.
793b7696-1a69-4dc1-82cf-458ad324be2f.jpg 155.55 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo