ATİAHİ Sabirabad rayon komitəsində
Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də yaradıcı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. AHİK-in İcraiyyə Komitəsi müstəqil Azərbaycanın gələcəyi üçün elmin və mədəni tərəqqinin əhəmiyyətini nəzərə alaraq ayrı-ayrı sahələrdə fəaliyyət göstərən gənclər arasında müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağın artırılması, onların qüvvə və bacarıqlarının sosial-iqtisadi inkişafına səfərbər edilməsi, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi məqsədilə "Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə "İlin peşəkar gənci" fəxri adının təsis edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarla "İlin peşəkar gənci" fəxri adının qaydaları üzrə Əsasnamə təsdiq edilmişdir. ATİAHİ Respublika komitəsində keçirilən "İlin peşəkar gənci" müsabiqəsində Sabirabad rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Babaş Babaşov da iştirak etmişdir. ATİAHİ Sabirabad rayon komitəsində tədbir keçirilmiş və fəxri fərman Babaş Babaşova təqdim edilmişdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo