ATİAHİ Sabirabad rayon komitəsinin hesabat seçki yığıncağı keçirilib
07 mart 2024-cü il tarixdə ATİAHİ Sabirabad rayon komitəsinin hesabat seçki yığıncağı keçirilib. ATİAHİ Respublika Komitəsinin məsul işçisi Səbuhu İmanov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad sektorunun müdiri Pəhlivan Qarayev, sektor müdirləri və məktəb direktorları da iştirak etdiyi iclasda rayon komitəsinin və təftiş komissiyasının hesabatları dinlənilərək müzakirə edilib. Həmçinin rayon komitəsinin seçkili orqanları yenidən formalaşdırılıb. Rabil Şahbazov və Pəhlivan Qarayev çıxış edərək Seyidhüseyn Hüseynovun yenidən sədr seçilməsini qənaətbəxş hesab etdilər. Konfrans nümayəndələri rayon komitəsinin sədri Seyidhüseyn Hüseynova yenidən etimad göstərərək növbəti müddətə ATİAHİ Sabirabad rayon komitəsinin sədri seçilib. İclasda çıxış edən Səbuhi İmanov yeni seçilən heyəti ATİAHİ Respublika Komitəsinin adından təbrik edib və tövsiyələrini çatdırıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo