II Qarabağ müharibəsinin şəhidi Elgiz Abbaslının xatirəsinə həsr olunmuş  kiçik yeniyetmələr arasaında güləş yarışı keçirilib
24 dekabr 2023-cü il tarixində Sabirabad rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin dəstəyi ilə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarımızdan biri olan şəhid Abbaslı Elgiz Fuad oğlunun xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə kiçik yeniyetmələr arasında Sabirabad rayon birinciliyi turniri keçirilib.
Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov, Sabirabad rayon ağsaqqallar şurasının üzvü Mirnizami Ağayev, , N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin direktoru Elsevər Kərimov, şəhidin atası Fuad Abbasov, digər şəhidlərimizin valideynləri və qazilər, o cümlədən də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Maraqlı mübarizə şəraitində keçirilmiş yarışın sonunda qaliblər diplom və medallarla təltif olunmuşlar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo