Mil-Muğan Regional Təhsil İdarəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Hər il martın 8-i sosial – iqtisadi, ictimai – siyasi mübarizədə dünya qadınlarının Beynəlxalq həmrəylik günü kimi qeyd olunur. 8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da böyük ruh yüksəkliyi ilə bayram edilir. Bölgədə fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda bununla əlaqədar tədbirlər, konsert proqramları təşkil olunur. Mil-Muğan Regional Təhsil idarəsində də ATİAHİ Sabirabad rayon komitisənin dəstəyi ilə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Təhsil idarəsinin müdir müavini Rabil Şahbazov və Sabirabad sektorunun müdiri Pəhlivan Qarayev idarədə çalışan qadınların bayramını təbrik edib və xoş arzularını bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo