Mil-Muğan Regional Təhsil idarəsinin inzibati binasında Zəfər günü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin və Mil-Muğan Regional Təhsil idarəsinin təşəbbüsü ilə idarənin inzibati binasında Zəfər günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ümumtəhsil məktəblərində çalışan 43  müharibə iştirakçısı iştirak edib.   ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov və Mil - Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev tərəfindən hər bir iştirakçıya Fəxri Fərmanlar və pul mükafatları təqdim edilib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo