N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin futbol meydançasında
"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə ATIAHI Sabirabad rayon komitəsinin dəstəyi ilə rayonumuzun N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin futbol meydançasında UGİŞM-in Futbol üzrə rayon birinciliyi təşkil edilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi Qaragüney kənd komandasının futbolçuları olmuşdular. Yarışın sonunda Sabirabad UGİŞM-in direktoru Teyfi-İbadzadə Cəfər müəllim qalibləri diplom və sertifikatlarla mükafatlandırmışdır.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo