Sabirabad Gənclər Evində
Sabirabad Gənclər Evində "Novruz bayramı" şənliyi təşkil edilib
Mil-Muğan Regional Gənclər və İdman, Təhsil və Mədəniyyət idarələrinin, Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən stendlərdə "Xonça" müsabiqəsi, müxtəlif idman növlərini təmsil edən klubların isə təqdimatları baş tutub. 
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısnın birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov çıxış edərək iştirakçılara Novruz bayramı münasibətilə təbriklərini çatıdırıblar. 
Tədbirdə Mədəniyyət Mərkəzinin musiqiçiləri bayram əhvali-ruhiyyəli ifaları ilə çıxış ediblər. 
Eyni zamanda gənc gimnastlar, cüdoçular, güləşçilər, kəndir dartma və “Zərbə” karate do klubunun idmançıları öz maraqlı nömrələri ilə tədbirə xüsusi rəng qatıblar. 
Tədbir maraqlı müsiqi nömrələri, kosa və keçəlin məzəli zarafatları ilə yekunlaşıb. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo