Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq,  13 aprel 2022-ci il tarixdə Sabirabad Olimpiya İdman Kompleksində  açılış və ilk mərhələsi baş tutan,  gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunları üzrə 12 komandanın iştirakı ilə keçirilən rayon birinciliyi  başa çatıb. Keçirilən yarışda  rayonun tam orta ümumtəhsil məktəblərinin komandaları qələbə uğrunda mübarizə aparıblar.Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Hədənov, Sabirabad  rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev  və əməkdaşları, rayon Təhsil Şöbəsinin metodisti Asif Eyyubov, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynov,  Azərbaycan Veteranlar Təşkilatının Sabirabad  Təşkilatının sədri Faiq Hüseynov  çıxış  ediblər və komandaların üzvlərinə uğurlar arzulayıblar. Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən  ibarətdir. İlk öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən oyunların yekununda qaliblər müəyyənləşdirilib.  Rayon birinciliyinin yekun nəticələrinə əsasən I yeri Sabirabad şəhər M.Müşviq adına 4 saylı məktəb komandası, II yeri Surra kənd tam orta məktəbin  komandası , III yeri isə Şəhriyar kənd  tam orta məktəbin komandası tutub. Qalib komandalar ATİAHİ Sabirabad rayon komitəsitərəfindən mükafatlandırılıblar. Qeyd edək ki, rayon birinciliyinin qalibi olan 4 saylı məktəb  komandası “Şahin” hərbi-idman oyunu üzrə  Yevlax rayonunda  keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo