Sabirabad rayon Mədəniyyət Mərkəzində
Sabirabad rayon Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə “Xonça” festivalı təşkil olunub. Festival Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, Sabirabad rayonunda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının rəhbər və əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. “Xonça” festivalı haqqında məlumat verildikdən sonra Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin, Sabirabad rayon Peşə Liseyinin, həmçinin rayonun bir sıra orta ümumtəhsil məktəblərinin, şagird və tələbələri tərəfindən hazırlanan bayram xonçaları nümayiş olunub. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, başda şəhid ailələri olmaqla, rayon ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib. Tədbir Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam edib. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azad Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsi tərəfindən hazırlanan hədiyyələr şəhid övladlarına təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo