Sabirabad rayon Olimpiya İdman Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Yunan-roma güləşi üzrə Respublika turniri keçirilmişdir.
02-03 may 2023-cü il tarixlərində Sabirabad rayon Olimpiya İdman Kompleksdə Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2007-2009, 2010-2013-cü il təvəllüdlü kiçik yeniyetmələr arasında Yunan-roma güləşi üzrə Respublika turniri keçirilmişdir.
Mərasimin rəsmi hissəsində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mailov yüksək təşkilatçılığa görə yarış rəhbərliyinə və bütün yarış iştirakçılarına təşəkkür etmişdirlər. R.Şahbazov Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Yunan-roma güləşi üzrə Respublika turnirinin Mil-Muğan Regional Təhsil İdarəsinin təqvim planında önəmli yer tutduğunu xüsusi olaraq vurğulamışdı.
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu turnirin miqyasının ildən-ilə genişləndiyini vurğulayan Sabirabad rayon UGİŞM-in direktoru Cəfər Teyfi-İbadzadə idmançılarımızdan yüksək nəticələr gözləndiyini diqqətə çatdırmışdır.
Rəsmi açılış mərasimindən sonra Heydər Əliyevin və Vətən uğrunda canını fəda verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək, Yunan-Roma güləşi üzrə Respublika  turniri açıq elan olunur. Qeyd etmək lazımdır ki, yeniyetmələrin bu yarışında 20 müxtəlif klub, rayon, cəmiyyət və idman təşkilatından 365 güləşçi iştirak edib: Respublika Olimpiya İdman Məktəbi (ROİL), Məhsul KKİC, Pəhləvan İdman klubu, Lokomotiv İdman klubu, Abşeron, Sumqayıt, Quba, Qusar, Zəngilan, Laçın, Lənkəran, Goranboy, Şəmkir, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Şirvan, Balakən, Binəqədi.
Yarışın nəticələrinə görə birinci yerə Bakı şəhərin Lokomotiv İdman klubu nail görülmüşdür, ikinci yerə Sabirabad komandası çıxmışdır, üçüncü yerlə isə Göyçay komandası kifayətlənmişdir. Sonda qalib gələn komandaların güləşçiləri Kubok, Diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo