Sabirabad rayon Təhsil şöbəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Sabirabad rayon Təhsil şöbəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Təhsil işçilərinin iştirakı ilə keçirilən anım tədbirində Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təhsil şöbəsnin müdiri Pəhlivan Qarayev və ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov çıxış ediblər. Tədbirdə Xocalı faciəsi haqqında danışılıb. Bildirilib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının XIX əsrdən başlayaraq Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Diqqətə çatdırılıb ki, dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq. Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.



Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo