Sabirabad rayonu
Sabirabad rayon İcra Hakimyyətinin təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib. Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabirabad rayon İcra Hakimyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və  AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov çıxış edərək, əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.
Daha sonra hərbçilərə bayram sovqatı təqdim olunub.
Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo