Sabirabad rayonunda I Qarabağ Müharibəsi şəhidi Qulam Mətləb oğlu İsmayılovun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə açıq zona birinciliyi keçirilib
Sabirabad rayon Uşaq Gənclər İdman və Şahmat məktəbinin təşkilatçılığı, Mil-Muğan Regional Təhsil İdarəsinin və ATİAHİ Sabirabad rayon komitəsinin dəstəyi ilə I Qarabağ Müharibəsi şəhidi Qulam Mətləb oğlu İsmayılovun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə açıq zona birinciliyi keçirilib. Vətən uğrundan şəhid olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov, Mil-Muğan Regional Təhsil idarəsinin sektor müdiri Pəhləvan Qarayev və şəhidin qardaşı Vüqar İsmayılov çıxış edərək idmançılara uğurlar arzulayıblar. Müxtəlif rayonlardan gələn idmançılar öz güclərini sınayıblar. Yarışlarda qalib gələn idmançılar Mil-Muğan Regional Təhsil İdarəsinin və ATİAHİ Sabirabad rayon komitəsinin diplom və medalları ilə təltif olunublar. Mukafatları Sabirabad rayon Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Teyfi-İbadzadə Cəfər və şəhidin qardaşı Vüqar İsmayılov təqdim ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo