Sabirabad rayonunda M.Ə.Sabirin 161 illik yubileyi ilə bağlı tədbir keçirildi
Sabirabad rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Təhsil İdarəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 161 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad şəhərinin mərkəzindəki abidələri ziyarət olunub və önünə gül dəstələri düzülüb. Tədbirdə M.Ə.Sabirin həyatı və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuşdur.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo