Sabirabad rayonunda “Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib
15 iyun 2022-ci il tarixində “Milli Qurtuluş Günü” münasibəti ilə Sabirabad rayonunda ümümrayon tədbiri keçirilmiş, tədbirdə iştirak edən Sabirabad Rayon İcra Hakimiyyətinin, ATİAHİ Sabirabad rayon komitəsinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyət nümayəndələri öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gəlmiş, ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş ekspozisiyaya baxış keçirmişlər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo