Sabirabad rayonunda N saylı hərbi hissədə bayram şənliyi təşkil olunub
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil idarəsinin və Mil-Muğan Regional  Mədəniyyət İdarəsinin birgə fəaliyyət planına əsasən novruz bayramı münasibətilə  Nsaylı hərbi hissədə bayram şənliyi təşkil olunub.  Gənc əsgərlər qarşısında Sabirabad rayon İcra Hakimiyyəti Başçısnın birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət idarəsinin rəis müavini Telman Əzimov çıxış edərək şəxsi heyyəti təbrik ediblər. Bayram tədbirində şəhidlərimizin əziz xatirəsidə yad olunub.
Daha sonra bayram tonqalını Sabirabad Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Həsən Həsənov və şəhid atası Pərviz Məmmədov alışdırıb. Tonqal ətrafında əsgərlər və qonaqlar yallı gediblər.
Mil-Muğan Regional Təhsil idarəsinin bayram xonçaları əsgərlərə təqdim olunub. Mil-Muğan Regional Mədəniyyət idarəsinin hazırladığı bayram konserti kosa və keçəlin maraqlı çıxışları ilə yekunlaşıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo