Sabirabad rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş Şahmat üzrə Rayon Birinciliyi turniri keçirilmişdir
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin təşəbbüsü ilə Mil-Muğan Regional Təhsil İdarəsinin nəzdində olan Sabirabad rayon sektoru üzrə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş Şahmat üzrə Rayon Birinciliyi turniri keçirilib. 
Yarışı giriş sözü ilə açan ATİAHİ Sabirabad rayon komitəsinin sədri iştirakçıları salamlayaraq, Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi  haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir mərkəzdə keçirilən tədbir də Ulu Öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir.
Sonra Sabirabad rayon UGİŞM-in direktoru Teyfi-İbadzadə Cəfər müəllim də öz növbələrində Ulu Öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə edərək, yarış iştirakçılarına uğurlar diləyiblər.
Turnirə gəldikdə isə, oğlanların yarışı olimpik, qızların yarışı isə dairəvi sistemlər üzrə keçirilmişdir. Yarışda rayonun 30 ən güclü şahmatçı yeniyetmələri iştirak etmişdir.
Qaliblərə və fəal şagirdlərə ATİAHİ Sabirabad rayon komitəsi tərəfindən "Diplom" və "Fəxri Fərman", hakimlərə isə "Təşəkkürnamə"-lər təqdim olunmuşdur.
Sonda xatirə fotosu çəkdirilərək, gənclərin hərtərəfli inkişafı istiqamətində keçirilən bu kimi yarışlardan böyük məmnunluğunu ifadə edən Rəna xanım, hamını qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo