Sabirabad rayonunda Vətən Müharibəsi Şəhidi Elxan Aris oğlu Rzayevin xatirəsinə həsr olunmuş
Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad H.Əliyev Mərkəzinin Sabirabad Gənclərin İnkişaf və Kariyera Mərkəzinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin dəstəyi ilə, Sabirabad rayonu Qaraqaşlı kənd orta məktəbinin informatika müəllimi, Vətən Müharibəsi Şəhidi Elxan Aris oğlu Rzayevin xatirəsinə həsr olunmuş "Xəmsə" Milli İntelektual Oyunları üzrə turnir keçirilib. Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev turniri açıq elan edib və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənova, Şəhidin atası Aris Rzayevə, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadəyə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynova verilib. Onlar çıxış edərək gənclərimizə ən xoş arzularını bildirmiş və turnirin işinə uğurlar arzulayıblar.
Maraqlı keçən turnirdə Sabirabad şəhəri N.Gəncəvi adına 5 saylı şəhər orta məktəbinin komandası birinci yerə, N.Nərimanov adına 2 saylı şəhər orta məktəbinin komandası ikinci yerə, H.Z.Tağıyev adına  6 saylı şəhər orta məktəbinin komandası üçüncü yerə layiq görülüb. Komanda üzvləri ATİAHİ Sabirabad rayon komitəsi tərəfindən Şəhid Elxan Rzayevin adına xatirə medalı və diplomlarla təltif olunublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo