Sabirabad şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan STEAM Mərkəzinin açılışı olub
Sabirabad şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan STEAM Mərkəzinin açılışı olub. Açılışda Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev, Mİllət vəkilləri Kamal Cəfərov, Ramin Məmmədov, Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov, Sabirabad rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak etmişlər. 
STEAM mərkəzi şagirdlərin elmə həvəsinin artırılması, yeni və müasir təfəkkürlərinin  formalaşması və dünya standartlarına uyğun bilik və bacarıqların formalaşması baxımından çox mühüm təşəbbüsdür. 
Mərkəz regional xarakter daşıyır. Belə ki, Sabirabad rayonunun kəndlərindən, eləcə də Saatlı və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo