Sabirabadda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir
Martın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad Rayon komitəsinin sədri Seyidhüseyn Hüseynovun, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazovun, aparatın məsul işçilərinin, sektorların və məktəb direktorlarının iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları rayondakı Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo