Sabirabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Sabirabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsi və ATİAHİ Sabirabad rayon komitəsinin təşkilatçılığı ilə 10 may 2022-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilmişdir. Əvvəlcə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin və gənclərin nümayəndələri, minlərlə rayon sakini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Tədbirdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulamışdır. 
Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirib. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünür. Daha sonra Sosialist Əməyi Qəhərmanı Fatma Hüseynova da çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşdür. Tədbirin davamında Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Ulu Öndərə həsr olunmuş "Sənə min bir məhəbbət..." adlı videoçarx nümayiş olunmuşdur.
Tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin hazırladığı konsert proqramı ilə davam etmiş, məktəbin müəllim və şagirdləri tərəfindən bir-birindən rəngarəng musiqi nümunələri ifa olunmuş, müxtəlif şeirlər səsləndirilmişdir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo