Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Tədbirlər Planı"na müvafiq olaraq məktəblilər arasında "Şuşa ili"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival-müsabiqəsinin keçirilməsi barədə Təhsil Naziri 29 mart 2022-ci il tarixli F-148 nömrəli əmr imzalamışdır. Müsabiqənin 4 nominasiyada keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqənin rayon mərhələsi aprelin 15-dək keçirilmiş və zona mərhələsinə vəsiqə alan iştirakçılar müəyyənləşdirilmişdir. Müsabiqə iştirakşılarından 26 nəfəri müxtəlif nominasiyalar üzrə zona turunda iştirak etmək hüququ qazanmışdır. Salyan şəhərində keçirilən zona mərhələsində 19 şagird müxtəlif nominasiyalar üzrə final mərhələsinə vəsiqə qazanmışlar.
  

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo