Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabirabad rayon komitəsi və Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Xalqa həsr edilmiş ömür" adlı tədbir keçirilib.
Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbində keçirilən tədbirdə ilk öncə Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət himni səsləndirilib.
Tədbirdə ATİAH-ın Sabirabad Həmkarlar komitəsinin sədri Seyidhüseyn Hüseynov, MMRTİ- nin müdüri Rəşad Musayev, şəhid atası Qabil Nəciyev, Təsil İnstitutunun Tədris şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə elmlər doktoru, əməkdar müəllim Əsgər Quliyev, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Yeni Azərbaycan Partiyasın Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev çıxış ediblər.
Çıxış edənlər bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələr barədə geniş məlumat verərək, bu gün də Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmizin hərtərəfli inkişafından danışıblar. Eyni zamanda bütün bunların Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirməsindən, hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsindən söhbət açıblar.
Sonra şadirdlərin mahnı ifaları, şeirlər səsləndirmələri, maraqlı milli rəqslər nümayiş etdirmələri tədbirə rəngarənglik qatıb.
Sonda Mil-Muğan RTİ-nin fəaliyyət planına uyğun olaraq şagirdlər arasında keçirilmiş rəsm, inşa müsabiqəsi və futbol yarışında, eyni zamanda müəllimlər arasında breyn rinq bilik yarışında rayon birinciləri olanlar diplom və hədiyyə ilə mükafatlandırılıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo